Ermənistanda maskalı şəxslər deputatın evinə basqın ediblər

2026/05/1779432554.jpg
Oxunub: 359     10:47     22 May 2026    
Bu gün səhər saatlarında maskalı şəxslər Ermənistan parlamentinin Gümrüdən olan deputatı Martun Qriqoryanın evinə daxil olublar.

Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə səhər saat 07:30 radələrində baş verib.

Nəşr xatırladır ki, Martun Qriqoryan 2026-cı il parlament seçkilərində “Çiçəklənən Ermənistan” Partiyası ilə birlikdə iştirak edir və partiya sədri Qaqik Tsarukyan ötən gün Şirak bölgəsində seçki kampaniyası çərçivəsində uğurlu görüşlər keçirib.

Qeyd olunur ki, Martun Qriqoryanın Gümrüdə geniş seçici bazası var və bunu şəhər şurasına keçirilən növbədənkənar seçkilərin nəticələri də göstərib.

“Həmin seçkilərdə “Vətəndaş Müqaviləsi” məğlub oldu və müxalifət birləşərək Gümrünün idarəçiliyini öz üzərinə götürdü”, - deyə nəşr vurğulayıb.

Məlumata görə, Martun Qriqoryanın komandasından bir nəfərin artıq saxlanılması barədə qərar qəbul edilib.

Ermənistanın Antikorrupsiya Komitəsi isə “NEWS.am”ın sorğusuna cavab olaraq Qriqoryanın evində aparılan axtarışların komitədə araşdırılan cinayət işi çərçivəsində həyata keçirildiyini təsdiqləyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan  


Bizi "telegram"da izləyin