Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “RİA Novosti” agentliyinə açıqlamasında bildirib.
“İran və ABŞ məsələsinə gəlincə, bu çox ağır və mürəkkəb qarşıdurmadır. Bu, bizi də çox çətin vəziyyətə salır. Çünki bizim İranla yaxşı münasibətlərimiz var, eyni zamanda Fars körfəzi ölkələri ilə də heç bir mübaliğəsiz dostluq münasibətlərimiz mövcuddur”, - deyə Putin jurnalistlərə bildirib.
Putin həmçinin İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin vəfatından kədərləndiyini bildirib və onunla dialoq aparmağın mümkün olduğunu qeyd edib.
“Təəssüf ki, vəfat edən cənab Laricani elə bir insan idi ki, onunla konstruktiv dialoq qurmaq mümkün idi. O, dinləyirdi, anlayırdı və hər şeyə reaksiya verirdi”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az