İran parlamentində “mikroskopik” Bəhreynə xəbərdarlıq edilib

2026/05/1778352047.jpg
Oxunub: 454     22:30     09 May 2026    
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Ebrahim Əzizi Bəhreynə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Biz hazırda Amerika qətnaməsinə qoşulan Bəhreyn kimi mikroskopik dövlətlərə bu addımın ciddi nəticələri barədə xəbərdarlıq edirik”, - deyə Əzizi bildirib.

“Özünüz üçün Hörmüz boğazının qapılarını həmişəlik bağlamayın”, - deyə o qeyd edib.

Bundan əvvəl Bəhreynin Daxili İşlər Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli 41 nəfərin saxlanıldığını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Bəhreyn  


Bizi "telegram"da izləyin