Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri Rusiya İstintaq Komitəsinin nəqliyyat məsələləri üzrə Şərq regionlararası istintaq idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Eniş uğurlu olub. Xəsarət alan yoxdur. Fövqəladə hadisənin ilkin səbəbi texniki nasazlıq hesab olunur, lakin nasazlığın xarakteri açıqlanmır.
Məcburi eniş faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi, yəni hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması maddəsi üzrə araşdırma başlanıb.
Hadisənin detalları araşdırılır və nəticələr əsasında prosessual qərar qəbul ediləcək.
Sevinc Əliyeva
Ordu.az