Ordu.az xəbər verir ki, bu barədə Makron Fransadakı erməni icması nümayəndələri qarşısında çıxışı zamanı danışıb.
O qeyd edib ki, Avropa Siyasi Birliyinin 40-dan çox liderin iştirakı ilə keçirilən görüşü Ermənistan rəhbərliyinin mövqeyi fərqli olsaydı baş tutmazdı.
“Beləliklə, Ermənistan həqiqətən öz geosiyasi seçim edib, bu məhdudiyyəti aşaraq Avropaya yönəlib. Biz bunu görməzdən gələ bilmərik. Fransızlar olaraq biz bu seçimi qəbul etməli və ona sadiq qalmalıyıq. 2020-ci ildə Azərbaycanla müharibə bir çox ailələr üçün ağır oldu. Amma reallığa baxaq: o zaman Ermənistanın yanında kim var idi? Mümkün olan qədər Fransa”, - deyə Makron bildirib.
Makron əlavə edib ki, Rusiya həmin dövrdə Ermənistanın yanında olmayıb.
“Biz bunu başqa nümunələrdə də gördük. Buna görə də geosiyasi baxımdan Rusiyadan asılı olmamaq daha yaxşıdır”, - deyə o vurğulayıb.
Fransa Prezidenti qeyd edib ki, ölkəsi Rusiyadan asılı olmayan, Avropaya inteqrasiya edən Ermənistanın inkişafında iştirak etmək istəyir.
Alpər Mövludoğlu
Ordu.az