Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Suren Surenyants “Facebook” səhifəsində yazıb.
“Mən bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvana səfərinin mümkün mənfi nəticələrinə, xüsusilə də erməni-rus münasibətləri baxımından, toxunmuşdum.
Amma Ukrayna prezidentinin İrəvana dəvəti bir çox başqa amillərə görə də həssasdır. Bu, bizim milli ləyaqətimizə arxadan vurulan zərbədir.
Sammitdən cəmi bir neçə gün əvvəl Zelenski Bakıda İlham Əliyevlə yeni hərbi sövdələşmələr bağladı, onu ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etdi və silahların birgə istehsalına razılıq verdi.
Bütün bunların həm də tarixi bir xətti var. Bu, elə həmin Ukraynadır ki, ABŞ Senatında səsləndirilən faktlara görə, hələ 2020-ci ildə Azərbaycana sursat tədarük edirdi”, - deyə Surenyants bildirib.
Alpər Mövludoğlu
Ordu.az