Ordu.az xəbər verir ki, bu barədə bu gün İrəvanda Avropa İttifaqının xarici işlər üzrə nümayəndəsi Kaya Kallas Ermənistanın Aİ-yə üzvlük perspektivi ilə bağlı “Azadlıq” radiosunun sualını cavablandırarkən deyib.
“Ermənistan öz qərarlarını özü verir, burada bir ay sonra seçkilər keçiriləcək, əlbəttə, Avropa perspektivi gündəmdədir və Ermənistan özü qərar verəcək”, - deyə Kallas bildirib.
Almaniyadan ABŞ qoşunlarının çıxarılmasına toxunan Aİ-nin yüksək nümayəndəsi bu zamanlamanı “gözlənilməz” adlandırıb.
“ABŞ qoşunlarının Avropadan çıxarılması uzun müddətdir müzakirə olunurdu, lakin bu bəyanatın məhz bu dövrdə səsləndirilməsi gözlənilməz oldu. Bu isə göstərir ki, biz NATO-da Avropa sütununu gücləndirməli və daha çox iş görməliyik. ABŞ qoşunları yalnız Avropanın deyil, həm də ABŞ-nin maraqlarını qorumaq üçün Avropadadır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az