Kobaxidze İrəvandakı çıxışı barədə məlumat yayıb

2026/02/1772042568.jpg
Oxunub: 386     20:17     04 May 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışı barədə açıqlama verib.

Ordu.az xəbər verir ki, Kobaxidze sosial şəbəkə paylaşımında Gürcüstanın Avropa ilə Asiya arasında əhəmiyyətini vurğuladığını bildirib.

Onun sözlərinə görə, İrəvandakı çıxışında iqtisadi təhlükəsizlik və uzunmüddətli sabitlik üçün regional bağlantıların əhəmiyyəti diqqət mərkəzində olub.

Kobaxidze əlavə edib ki, Avropa ilə Asiya arasında etibarlı tranzit və əməkdaşlıq üçün Gürcüstanın coğrafi mövqeyi əhəmiyyətlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   İrəvan  


Bizi "telegram"da izləyin