Paşinyan Kipr prezidenti ilə TRIPP layihəsini müzakirə edib

2026/05/1777909627.jpg
Oxunub: 329     19:44     04 May 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyi çərçivəsində Kipr Respublikasının prezidenti Nikos Xristodulidis ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Ermənistan-Kipr ikitərəfli münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər, siyasi dialoqun fəallaşdırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

“Həmçinin regional inkişaflar və sabitliyin təmin olunmasına yönəlmiş səylər müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın davam etdirilməsi üzrə hazır olduqlarını bir daha təsdiqləyiblər.

Eyni zamanda regional kommunikasiya xətlərinin açılması istiqamətində Ermənistan hökumətinin “Sülh kəsişməsi” təşəbbüsü və TRIPP layihəsinin (hər ikisi Zəngəzur dəhlizi-red.) icrası ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Kipr  


Bizi "telegram"da izləyin