Ordu.az xəbər verir ki, bu barədə Yılmaz “X” sosial şəbəkəsində yazıb.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı təmsil edərək, Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etdiyimiz İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla geniş və səmərəli görüş keçirdik.
Paşinyanla görüşdə ikitərəfli münasibətlərimizi hərtərəfli qiymətləndirdik. Nəqliyyat, gömrük, enerji və rəqəmsal infrastruktur və əlaqələrin gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə etmək imkanı əldə etdik.
Tənzimləmə prosesi çərçivəsində atılan qarşılıqlı konstruktiv addımların konkret irəliləyişə gətirib çıxarmasından məmnunluq duyuruq.
Bu gün imzaladığımız Ani körpüsünün birgə bərpasına dair anlaşma memorandumu kimi simvolik və konkret əməkdaşlıq sahələrinin də sülh və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyini düşünürük.
Regional sülh, dialoq və sabitlik əsasında Cənubi Qafqazda normallaşma prosesinin irəlilədilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və humanitar əlaqələrin gücləndirilməsi istiqamətində yanaşmamızı qətiyyətlə davam etdirəcəyik. Ümid edirəm ki, görüşümüz yaxşı hadisələrin başlanğıcı olacaq və göstərilən qonaqpərvərliyə görə Paşinyana təşəkkür edirəm”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az