Ordu.az xəbər verir ki, bu barədə Paşinyan “X” sosial şəbəkəsində yazıb.
“Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla səmərəli fikir mübadiləsi apardım. Ermənistan və Türkiyə arasında regional əməkdaşlıq imkanlarına toxunduq.
Ani tarixi körpüsünün birgə bərpası haqqında protokolun imzalanmasını alqışladıq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az