Paşinyan Avropa Siyasi Birliyinin sammitində hibrid təhdidlərə qarşı mübarizəni müzakirə edib

2026/04/1777551741.jpg
Oxunub: 314     19:26     04 May 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, gün ərzində demokratiyaların hibrid təhdidlərə qarşı necə mübarizə aparmalı olduğu müzakirə olunub.

Ordu.az xəbər verir ki, Paşinyan bu barədə 2026-cı il mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinin yekunlarına dair birgə bəyanat zamanı danışıb.

“Ermənistan inklüziv əlaqələrin möhkəmləndirilməsinə və regional sabitliyin daha geniş təşviqinə yönəlmiş təşəbbüsləri davam etdirir. Sammit bir daha təsdiqlədi ki, Avropa Siyasi Birliyi yalnız dialoq formatı deyil, həm də etimadın gücləndirilməsi və tərəfdaşlarla daha sistemli və perspektivli Avropa gündəliyinin formalaşdırılması üçün platformadır. Mən əminəm ki, İrəvanda aparılan müzakirələr bu sammitdən sonra da davam edəcək və bütün qitədə əməkdaşlıq və qarşılıqlı anlaşmanın inkişafına töhfə verəcək.

Fürsətdən istifadə edərək İrlandiyanın baş naziri Martinə növbəti sammitə ev sahibliyi edəcək ölkənin rəhbəri kimi uğurlar arzulayıram ki, bu güclü dinamikanı və sinerjini qoruyub saxlasın. Həm yerli, həm də beynəlxalq media nümayəndələrinə bu mühüm hadisənin işıqlandırılmasına verdikləri töhfəyə görə təşəkkür edirəm. Həmçinin Avropa Şurasının prezidenti Koştaya İrəvanda bu tarixi sammitin keçirilməsi və təşkilinə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin