Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edərək siyasi dialoqun fəallaşdırılmasının və iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
“Görüşdə həmçinin Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı çərçivəsində aparılan proseslərə və qarşılıqlı maraq doğuran regional məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, energetika və turizm sahələrində əməkdaşlığı perspektivli hesab ediblər.
Görüş zamanı regional sabitlik və sülhün təmin olunmasına yönəlmiş səylər də vurğulanıb, həmçinin beynəlxalq platformalarda dialoqun davam etdirilməsinin əhəmiyyəti qeyd edilib”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az