Türkiyə və Ermənistan İrəvanda Ani körpüsünün bərpasına dair saziş imzalayıblar - YENİLƏNİB

2026/05/1777902931.jpg
Oxunub: 643     17:50     04 May 2026    
Türkiyə və Ermənistan İrəvanda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan ilə Türkiyə sərhədində yerləşən tarixi Ani (İpək Yolu) körpüsünün birgə bərpası üzrə işlərin həyata keçirilməsinə dair protokol imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz yazıb və müvafiq fotolar paylaşıb.


***

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Avropa Siyasi Birliyinin 8-ci Zirvəsi çərçivəsində İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, tərəflər nəqliyyat, gömrük, enerji və rəqəmsal infrastruktur üzrə məsələləri müzakirə ediblər.

Həmçinin qeyd olunub ki, imzalanan memoranduma əsasən, Türkiyə və Ermənistan Ani Körpüsünün birgə bərpa edəcəklər.

Görüşdə regional sülh, dialoq və sabitlik əsasında Cənubi Qafqazda normallaşma prosesi, iqtisadi əməkdaşlığın artırılması və xalqlar arasında əlaqələrin gücləndirilməsi də müzakirə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin