Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Heaparak” nəşri yazıb.
Nəşrə görə, bu vaxta qədər Ermənistanın ombudsman aparatından ona heç kim baş çəkməyib, həmçinin prokurorluq nümayəndəsi də onu ziyarət etməyib ki, aclıq aksiyası keçirən şəxsin tələblərini dinləsin.
“Halbuki, cəzaçəkmə müəssisələrində bu, qəbul olunmuş praktikadır. Yalnız həbsxananın həkimləri arabir ona baş çəkirlər.
Xatırladaq ki, Ermənistanın Antikorrupsiya Komitəsi 2026-cı il aprelin 27-də “Güclü Ermənistan” partiyasının üzvü, kəşfiyyatçı Artur Avanesyanı (Kandaz) saxlayıb. O, bu yaxınlarda Samvel Karapetyanın komandasına qoşulmuşdu. Daha sonra bildirilib ki, o, seçki rüşvəti təklif etməkdə ittiham olunur və barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Lakin yayımlanan gizli dinləmə yazılarının heç birində cinayət tərkibi olan ifadələr yer almır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az