Malidə terrorçuların məhv edilməsi əməliyyatı davam edir

2024/07/1721675028.jpg
Oxunub: 346     01:12     27 Aprel 2026    
Mali hökumət qüvvələri aprelin 25-də bir neçə bölgədə ordu mövqelərinə hücum edən radikal qrupların silahlılarını axtarmağa və məhv etməyə davam edir.

Ordu.az-ın məlumatına görə, bu Mali Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verib.

"25 aprel hücumlarından sonra Kidal, Kati və ölkənin digər yerlərində terrorçu qrupların axtarışı əməliyyatları davam edir. Müdafiə strukturlarını sarsıtmaq və qorxutmaq məqsədi daşıyan hücumlar cavabsız qalmayacaq", - deyə bildirilib.

Baş Qərargah qeyd edib ki, ölkə daxilində qoşunların döyüş hazırlığı səviyyəsi artırılıb, komendant saatı tətbiq edilib, patrul xidməti gücləndirilib və nəzarət-buraxılış məntəqələri möhkəmləndirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mali   Terrorçu  


Bizi "telegram"da izləyin