Ordu.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, 30 Livan vətəndaşı müxtəlif dərəcəli xəsarətlər alıb.
"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri öldürülən vətəndaşların ümumi sayı 2 509-a, yaralıların sayı isə 7 755-ə çatıb", - qurumun rəsmi məlumatında bildirilib.
Bununla belə, Səhiyyə Nazirliyi qurbanların və zərərçəkənlərin sayının daha da artacağını proqnozlaşdırır, çünki İsrail tərəfi yaşayış məhəllələrinin və infrastruktur obyektlərinin irimiqyaslı bombardmanlarını dayandırmır.
İsrail Müdafiə Qüvvələri (İMQ) bəyan edir ki, zərbələrin bərpa olunması Livan tərəfindən "atəşkəs rejiminin pozulması" ilə əlaqədardır.
Ordu.az