İtaliya COVID-19 araşdırmalarını oğurlamaqda ittiham olunan çinli hakeri ABŞ-yə təhvil verəcək

2026/04/1777233164.jpg
Oxunub: 325     00:28     27 Aprel 2026    
İtaliya hökuməti ABŞ hakimiyyət orqanlarının axtardığı çinli şəxsin ekstradisiyası barədə qərar qəbul edib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, söhbət haker hücumlarında, o cümlədən COVID-19 ilə bağlı tibbi araşdırmaların oğurlanmasında ittiham olunan Syu Czeveydən gedir.

Məlumata görə, hökumətin bu addımı İtaliya məhkəməsinin aprelin əvvəlində çıxardığı qərardan sonra atılıb. Həmin qərara əsasən, Syu ABŞ-yə ekstradisiya oluna bilər.

Syunun vəkili Enriko Carda “Reuters”ə bildirib ki, onun müdafiə etdiyi şəxs bu məsələ ilə bağlı hələ heç bir rəsmi bildiriş almayıb.

Syu ötən il iyulun 3-də Milanda ABŞ hakimiyyət orqanlarının sorğusu əsasında saxlanılıb.

ABŞ tərəfi onu 2020-ci ilin fevralından 2021-ci ilin iyununa qədər davam edən iddia olunan kiberhücumlarla əlaqədar elektron vasitələrdən istifadə etməklə dələduzluqda və ağırlaşdırıcı hallarda şəxsi məlumatların oğurlanmasında ittiham edir.

Saxlanıldıqdan sonra Syunun vəkili onun yanlış tanınmanın qurbanı olduğunu bildirmişdi.

ABŞ Ədliyyə Nazirliyi isə iddia edir ki, Syu Çin hökumətinin sifarişi ilə COVID-19-la bağlı mühüm araşdırmaları sındırıb və oğurlayıb.

Nazirliyin açıqlamasında qeyd olunub ki, o, 2020-ci ildə vaksinlər, müalicə üsulları və COVID-19 testləri üzərində çalışan Amerika universitetlərini, immunoloqları və virusoloqları hədəf alan kibermütəxəssislər qrupunun üzvü olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   COVID-19   Çin  


Bizi "telegram"da izləyin