Ordu.az xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.
Onun mesajı Çernobıl nüvə faciəsinin 40-cı ildönümünə həsr olunub və Roma Papasının sözlərinə görə, bu hadisə “bəşəriyyətin vicdanının simvoluna çevrilib”.
“Biz həlak olanları və hələ də onun nəticələrindən əziyyət çəkən hər kəsi Tanrının mərhəmətinə həvalə edirik”, - deyə o bildirib.
Roma Papası müraciətində getdikcə daha güclü hala gələn texnologiyalardan istifadənin təhlükələri barədə xəbərdarlıq edib.
O, nüvə energetikası ilə bağlı ölçülüb-biçilmiş və məsuliyyətli qərarların qəbul olunacağına ümid etdiyini bildirib.
“Ümid edirəm ki, qərarların qəbulunun bütün səviyyələrində həmişə uzaqgörənlik və məsuliyyət üstün gələcək ki, atom enerjisinin hər hansı istifadəsi həyata və sülhə xidmət etsin”, - deyə Roma Papası vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az