“Xatəm əl-Ənbiya”: İran Venesuela deyil ki, nefti nəzarət altına almaq mümkün olsun

2026/03/1774364043.jpg
Oxunub: 372     23:39     26 Aprel 2026    
“Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı komandanının müavinlərindən biri ABŞ və İsrailə xəbərdarlıq edib ki, aqressiya təkrarlanarsa, İran və “Müqavimət Cəbhəsi” daha güclü zərbə endirməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

“Xatəm əl-Ənbiya” qərargahı komandanının müavini briqada generalı Məhəmməd Cəfər Əsədi bildirib ki, düşmən Hörmüz boğazında öz hərəkətlərini zorla qəbul etdirməyə çalışır, lakin bu baş verməyəcək.

Onun sözlərinə görə, Fars körfəzi və Hörmüz boğazı region ölkələrinə məxsusdur və amerikalıların bunu hətta şərh etməyə belə haqqı yoxdur. İslam İnqilabı Keşikçiləri Korpusunun generalı vurğulayıb ki, regional məsələlər heç bir halda ABŞ-yə aid deyil.

General Əsədi amerikalılara müraciətlə deyib ki, İran Venesuela deyil ki, onlar burada neft sərvətlərini nəzarət altına alsınlar.

Müsahibənin sonunda o, ABŞ və İsrailə xəbərdarlıq edib ki, İran silahlı qüvvələri və “Müqavimət Cəbhəsi” aqressiya təkrarlanacağı halda daha ağır zərbə endirməyə tam hazırdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Venesuela  


Bizi "telegram"da izləyin