Ordu.az xəbər verir ki, bu barədə “NBC News” hadisələrin inkişafı ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Mənbə əlavə edib ki, kral cütlüyü, həmçinin hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətinin əməkdaşlarına bu qədər tez reaksiya verdiklərinə görə minnətdarlıqlarını bildirib.
Gözlənilir ki, əgər hər şey ilkin plana uyğun getsə, kral və kraliça sabah Vaşinqtona gələcəklər.
Bukingem sarayının nümayəndəsi daha əvvəl bildirmişdi ki, kral hadisələrin gedişi barədə məlumatlandırılır.
“Gözlənildiyi kimi, gün ərzində amerikalı tərəfdaşlarımız və müvafiq komandalarımızla şənbə axşamı baş verən hadisələrin səfərin operativ planlaşdırılmasına nə dərəcədə təsir edib-etməməsi barədə bir sıra müzakirələr aparılacaq”, - deyə Bukingem sarayının mətbuat katibi bildirib.
Sevinc Əliyeva
Ordu.az