Ordu.az “Fox News”a istinadən xəbər verir ki, Tramp ABŞ-nin alyansdan çıxmaq ehtimalını da nəzərdən keçirə biləcəyini deyib.
Onun sözlərinə görə, İranın Hörmüz boğazını bağlaması ilə bağlı yardım çağırışına NATO üzvlərinin reaksiya verməməsi Vaşinqtonda ciddi narazılıq yaradıb.
“Biz uzun illər onlara xidmət etmişik, trilyonlarla dollar xərcləmişik, amma biz kömək istəyəndə onlar yox idilər. Buna görə bunu yadda saxlamalıyıq”, - deyə Tramp bildirib.
Sevinc Əliyeva
Ordu.az