Tramp: Radioaktiv materiallar İrandan çıxarılsın

2026/04/1777224973.jpg
Oxunub: 340     21:34     26 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla danışıqlar zamanı bu ölkənin ərazisindən nüvə yanacağı və digər radioaktiv materialların çıxarılmasını müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.

"Bizim "nüvə tozu" adlandırdığımız şeyi götürməyimiz lazımdır. Biz bunu etməliyik və bu, İranla apardığımız danışıqların bir hissəsidir. Biz onların bu materialları özlərində saxlamasını istəmirik", - deyə Tramp bildirib.

ABŞ lideri qeyd edib ki, "nüvə tozu" dedikdə, 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilmiş zərbələr zamanı, onun sözlərinə görə, demək olar ki, məhv edilən nüvə yanacağı və digər materiallar nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin