Netanyahu "Hizbullah"ı atəşkəsi pozmaqda ittiham etdi: "İsrail zərbələri davam etdirəcək"

2026/04/1776451853.jpg
Oxunub: 305     18:24     26 Aprel 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu Livandakı "Hizbullah" hərəkatını atəşkəs rejimini pozmaqda ittiham edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin həftəlik iclasında çıxış edən B.Netanyahu vurğulayıb ki, İsrail ordusu "təhdidlərin qarşısını almaq üçün" Livan ərazisinə zərbələr endirməyə davam edəcək.

"Livanla bağlı belə bir təəssürat yarana bilər ki, İsrail Müdafiə Ordusu orada fəallıq göstərmir. Lakin ordu aktivdir və qətiyyətlə hərəkət edir. Anlamaq lazımdır ki, "Hizbullah" tərəfindən edilən pozuntular faktiki olaraq atəşkəs rejimini sıfıra endirir. Bizim üçün əsas prioritet İsrailin, əsgərlərimizin və vətəndaşlarımızın təhlükəsizliyidir", - deyə baş nazir qeyd edib.

İsrail və "Hizbullah" arasında 10 günlük müvəqqəti atəşkəs rejimi aprelin 17-si gecə yarısından qüvvəyə minib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Hizbullah  


Bizi "telegram"da izləyin