İsrail prezidenti Netanyahu ilə prokurorluq arasında razılaşma əldə edilməsinə çalışır

2025/06/1750397391.jpg
Oxunub: 323     16:59     26 Aprel 2026    
İsrail prezidenti İsxak Hersoqun ofisi təsdiqləyib ki, prezident yeddinci ildir araşdırılan korrupsiya işi üzrə baş nazir Benyamin Netanyahu ilə prokurorluq arasında təqsirin etirafı barədə razılaşma əldə edilməsinə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Hersoqun ofisi prezidentə yaxın mənbələrin sitat gətirildiyi “The New York Times” nəşrinə cavab olaraq bəyanat yayıb.

“Əvvəllər dəfələrlə bəyan edildiyi kimi, prezident İsxak Hersoq hesab edir ki, baş nazir Netanyahu ilə bağlı işlərdə tərəflər arasında razılaşma əldə olunması düzgün və münasib həll yoludur”, - deyə prezident ofisinin bəyanatında qeyd olunub.

“Belə tənzimləmə ətrafında danışıqlar tərəfləri razılığa gətirmək cəhdinin zəruri hissəsidir. Buna görə prezident hesab edir ki, əfv müraciətini mahiyyəti üzrə nəzərdən keçirməzdən əvvəl tərəflər arasında məhkəmədənkənar razılaşmanın formalaşmasına gətirib çıxara biləcək prosesi tamamlamaq düzgündür”, - deyə Hersoqun ofisində bildiriblər.

“The New York Times”ın “Hersoqun mövqeyi ilə tanış olan iki yüksəkvəzifəli israilli rəsmidən” aldığı məlumata əsaslanan xəbərinə görə, prezident yaxın vaxtlarda Netanyahunun əfv müraciətini təmin etmək niyyətində deyil və hesab edir ki, bu məsələni sadəcə qəbul etməkdən və ya rədd etməkdən fərqli variantlar mövcuddur.

Eyni zamanda rəsmilər təqsirin etirafı ilə bağlı mümkün razılaşmanın necə görünə biləcəyi barədə detalları açıqlamayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hersoq  


Bizi "telegram"da izləyin