Ordu.az xəbər verir ki, bu barədə “Jeune Afrique” məlumat yayıb.
Hücum “Cəbhət ən-Nüsra” (JNIM) qruplaşmasına aid edilir və ehtimal edilir ki, kamikadze terrorçunun idarə etdiyi minalanmış avtomobil vasitəsilə həyata keçirilib.
Xüsusilə güclü partlayış müdafiə nazirinin iqamətgahını tamamilə dağıdıb.
“Le Figaro”nun məlumatına görə, partlayış nəticəsində onun ailə üzvlərindən bəziləri də həlak olub.
KİV aprelin 25-də Mali ərazisində silahlı qruplaşmalar tərəfindən həyata keçirilən partlayışlar və atışmalar barədə məlumat yayıb.
Hərbçilərlə “Cəbhət ən-Nüsra” qruplaşması arasında toqquşmalar baş verib.
Sevinc Əliyeva
Ordu.az