BMT: Gübrə tədarükündəki pozuntular qlobal humanitar fəlakət təhlükəsi yaradır

2026/04/1775835700.jpg
Oxunub: 371     16:46     26 Aprel 2026    
Hörmüz boğazının davam edən bağlanması ilə əlaqədar BMT-nin Layihələrə Xidmət Ofisi xəbərdarlıq edib ki, gübrə tədarükündəki pozuntular qlobal humanitar fəlakət təhlükəsi yaradır.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Agentliyin icraçı direktoru Xorxe Moreyra da Silva xəbərdarlıq edib ki, dəniz nəqliyyatının işində davam edən pozuntular milyonlarla insanın aclıq həddinə çatmasına səbəb ola bilər.

O vurğulayıb ki, xammal və gübrə qiymətləri rekord səviyyələrə yüksəlib və bu, hazırda tədarük zəncirlərinin təhlükəsizliyini təmin etmək üçün təcili diplomatik addımlar tələb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Fəlakət  


Bizi "telegram"da izləyin