Pakistan və İran Yaxın Şərqdə sülhün bərqərar olunması səylərini müzakirə edib

2026/03/1774694352.jpg
Oxunub: 361     00:01     26 Aprel 2026    
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdəki vəziyyəti, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan hökuməti başçısının dəftərxanası məlumat yayıb.

Qeyd olunur ki, 50 dəqiqə davam edən söhbət zamanı iki lider cari regional vəziyyət, regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən səylər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Ş. Şərif həmçinin 2026-cı il aprelin 11–12-də İslamabadda keçirilmiş danışıqlarda İran nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran  


Bizi "telegram"da izləyin