"Bild": "Almaniya üçün Alternativ" sorğu zamanı Mertsin partiyasını qabaqlayıb

2025/06/1749187986.jpg
Oxunub: 469     22:36     25 Aprel 2026    
"Almaniya üçün Alternativ" (AfD) Partiyası reytinqə görə, ölkənin hazırkı Kansleri Fridrix Mertsin Xristian-Demokrat İttifaqını (XDİ) qabaqlayır.

Ordu.az xəbər verir ki, bunu "Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən aparılan sorğunun nəticələri göstərir.

Sorğuya əsasən, AfD-nin reytinqi rekord səviyyəyə çatıb və 28 % təşkil edir. Belə ki, respondentlərin 24 %-i XDİ-yə, 14 %-i sosial-demokratlara, 12 %-i "Yaşıllar"a, 11 %-i isə Sol Partiyaya səs verməyə hazırdır.

Qeyd olunur ki, sorğu 20-24 apreldə keçirilib və 1 203 nəfər iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Almaniya  


Bizi "telegram"da izləyin