Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qrahamın sözlərinə görə, Tramp “atəşkəs rejimini uzatmaq yolu ilə diplomatik həll tapmaq üçün mümkün olan hər şeyi edib, İranın cavabı isə beynəlxalq gəmilərə qarşı yeni hücumlar və yeni təxribatlar olub”.
“Mənim fikrimcə, ABŞ və bütün dünya üçün prioritet məsələ Hörmüz boğazında möhkəm nəzarətin təmin edilməsi, beynəlxalq hüquqa uyğun şəkildə gəmiçilik azadlığının qorunmasıdır. Bu məqsədə nail olmaq qısa müddətli perspektivdə ABŞ-nin hərbi müdaxiləsini tələb edə bilər.
Bu, boğazda gəmiçilik azadlığının bərpası ilə bağlı riski tamamilə əsaslandırır. Gəlin blokadanı davam etdirək, boğazı açaq və zərurət yaranarsa hərbi əməliyyatları yenidən başlayaq, İranın heç vaxt köhnə vərdişlərinə qayıtmamasına zəmanət verək. Əla işdir, cənab prezident”, - deyə amerikalı senator yazıb.
Sevinc Əliyeva
Ordu.az