Almaniya hesab edir ki, siyasi xadimlərə qarşı fişinq hücumlarına görə Rusiya məsuliyyət daşıya bilər

2026/04/1777139411.jpg
Oxunub: 450     21:47     25 Aprel 2026    
Almaniya hökuməti hesab edir ki, yüksək vəzifəli siyasətçilərə, diplomatlara, hərbçilərə və jurnalistlərə qarşı yönəlmiş fişinq hücumlarına görə Rusiya məsuliyyət daşıya bilər.

Ordu.az xəbər verir ki, bu barədə şənbə günü “Reuters” hökumət mənbələrinə istinadən məlumat yayıb.

Almaniyanın milli kəşfiyyat xidməti “BfV” və onun kibertəhlükəsizlik idarəsi BSI bu il mesajlaşma tətbiqlərinin istifadəçilərinə qarşı hücumlarla bağlı xəbərdarlıq edib. Bildirilib ki, həmin hücumlar böyük ehtimalla dövlət tərəfindən dəstəklənən subyekt tərəfindən həyata keçirilib.

Almaniyanın federal prokurorluğu cümə günü bildirib ki, aprelin ortalarından etibarən “Signal” mesajlaşma tətbiqinə qarşı fişinq hücumları ilə bağlı araşdırma aparır, lakin əlavə təfərrüat verməkdən imtina edib.

Moskva dəfələrlə başqa ölkələrə qarşı haker əməliyyatlarında iştirakını təkzib edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya  


Bizi "telegram"da izləyin