Ordu.az xəbər verir ki, həmin görüşdə tərəflər ABŞ-İran arasında davam edən müharibəni dayandırmaq üçün atəşkəs razılaşması üzərində işləməli idi.
“Mən bir müddət əvvəl öz adamlarıma dedim ki, onlar yola düşməyə hazırlaşırlar və mən dedim: Xeyr, ora çatmaq üçün 18 saatlıq uçuş etməyəcəksiniz”, - deyə Tramp bildirib.
“Bizim bütün imkanlarımız var. Onlar istənilən vaxt bizə zəng edə bilərlər. Amma artıq gedib 18 saat uçaraq oturub heç nə barədə danışmağa ehtiyac yoxdur”, - deyə o əlavə edib.
Gözlənilirdi ki, ABŞ nümayəndə heyətinə Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkof və Trampın kürəkəni Cared Kuşner rəhbərlik etsin.
Bundan əvvəl xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti Pakistan rəsmiləri ilə yüksək səviyyəli danışıqlardan sonra İslamabadı tərk etmişdi. Bildirilirdi ki, Tehran ABŞ-yə ünvanlanmış tələblər siyahısını orada qoyub.
Sevinc Əliyeva
Ordu.az