Tramp Makronlarla bağlı qalmaqalda adı hallanan jurnalisti “İlin iyrənc adamı” adlandırıb

2026/04/1777008275.jpg
Oxunub: 486     15:25     25 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində tanınmış jurnalist Kendis Ouensi “İlin iyrənc adamı” adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Kendis Ouensin səhmləri, hansı ki heç vaxt yüksək səviyyədə olmayıb, kəskin şəkildə aşağı düşüb. Onun Fransanın birinci xanımına qarşı hücumları nifrətə layiqdir. Mən düşünürəm ki, bu halda təsdiq olmadan onun IQ səviyyəsi olduqca aşağıdır”, - deyə ABŞ prezidenti yazıb.

O, həmçinin Ouensin şəklini Time jurnalının üz qabığı üslubunda paylaşaraq üzərində “İlin iyrənc adamı”, “Ağdərili varlı kişilərdən istifadə edir”, “Bütün etibarlı fakt yoxlama saytlarında 0 reytinq”, “Cinsi cinayətkarları müdafiə edir” sözlərini yerləşdirib.

Daha əvvəl Ouens Fransa prezidentinin həyat yoldaşı Brijit Makron haqqında mübahisəli iddialar yayırdı. Xüsusilə, Ouens Brijitin əslində kişi olduğu və cinsiyyət dəyişdirmə əməliyyatı keçirdiyi barədə nəzəriyyələri irəli sürürdü. Bu nəzəriyyələr təkzib olunub və məhkəmə araşdırmasının predmetinə çevrilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin