Ordu.az xəbər verir ki, bu barədə “Reuters” İtaliyanın büdcə planları üzrə mənbələrə və məlumatlara istinadən məlumat yayıb.
Proqnozlara görə, Yunanıstanın dövlət borcu 2025-ci ildə ÜDM-in 145 faizindən 137 faizinədək azalacaq. Eyni zamanda, İtaliyanın çoxillik büdcə proqramı borcun artmaqda davam edəcəyini, 2025-ci ildə ÜDM-in 137,1 faizindən 2026-cı ildə 138,6 faizinə çatacağını proqnozlaşdırır.
Bu isə İtaliyanı avrozonada ən yüksək dövlət borcuna malik ölkəyə çevirəcək.
Yunan rəsmilər qeyd ediblər ki, borcun azalması son illərdə həyata keçirilən sabit iqtisadi bərpa və fiskal siyasətin nəticəsidir. 2020-ci ildən bəri Yunanıstanın borcu 45 faiz bəndindən çox azalıb.
Lakin İtaliyada, büdcə proqramına əsasən, borc yüksək olaraq qalacaq və yalnız 2027-ci ildən sonra cüzi şəkildə azalacaq.
Daha əvvəl də İtaliyanın müdafiə xərclərinin artırılmasını və Aİ-nin bəzi büdcə proqramlarının icrasını çətinləşdirə biləcək iqtisadi məhdudiyyətlərlə üzləşdiyi bildirilmişdi.
Sevinc Əliyeva
Ordu.az