Ordu.az xəbər verir ki, bu barədə “Defence Industry” məlumat yayıb.
Bildirilib ki, bu son razılaşma ilə birlikdə şirkətin proqram çərçivəsində ümumi müqavilə həcmi təxminən 1,2 milyard dollara çatıb.
“Leidos” mövcud müqavilələr çərçivəsində 100-dən çox buraxıcı qurğunu təhvil verməyi öhdəsinə götürüb. Qeyd olunub ki, maliyyələşmə eyni zamanda tədqiqat, inkişaf və sınaq fəaliyyətlərini də əhatə edir. Proqram çərçivəsində 2029-cu ilə qədər yeni sifarişlərin verilməsinin gözlənildiyi bildirilib.
“Leidos IFPC Inc 2” məhsul sahəsi üzrə vitse-prezident Dino Pusinski bununla bağlı açıqlamasında deyib: “Bu müqavilələr ordunun komandamıza duyduğu etimadı və bu gün sahədə istifadə edilə bilən, özünü sübut etmiş sistemə artan ehtiyacı əks etdirir”.
IFPC “Inc 2” sisteminin ABŞ ordusunun ən yeni mobil quru əsaslı hava hücumundan müdafiə platformalarından biri olduğu qeyd olunub.
Sistemin qanadlı raketlər və pilotsuz uçuş aparatları kimi təhdidlərə qarşı qoruma təmin etmək məqsədilə hazırlandığı bildirilib. Platforma təbəqəli hava və raketdən müdafiə arxitekturası daxilində fəaliyyət göstərəcək şəkildə layihələndirilib və açıq arxitektura quruluşu sayəsində mövcud və gələcək ələkeçirici sursatlarla inteqrasiya oluna bilir.
Məlumata görə, “Leidos” sistemi üzrə “İlkin Əməliyyat Sınağı və Qiymətləndirmə” (IOT&E) buraxılış qurğusunu planlaşdırılandan əvvəl təhvil verərək proqramda mühüm mərhələni geridə qoyub. Yeni müqavilənin sistemin tammiqyaslı seriyalı istehsal prosesinə keçidini sürətləndirdiyi qiymətləndirilir.
Şirkət həmçinin istehsal prosesində tədarük zəncirinin dayanıqlığını artırmaq və davamlı istehsal gücü yaratmaq istiqamətində işlərin aparıldığını bildirib.
Sevinc Əliyeva
Ordu.az