ABŞ İran məsələsində fikir ayrılığına görə İspaniyanın NATO-da iştirakının dayandırılmasını müzakirə edir

2026/04/1776876532.jpg
Oxunub: 459     10:47     24 Aprel 2026    
Pentaqon NATO üzrə ayrı-ayrı müttəfiqlərə qarşı mümkün tədbirlər görmək imkanını müzakirə edir, çünki qeyd olunduğu kimi, onlar ABŞ-nin İrana qarşı əməliyyatlarını dəstəkləməyiblər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, söhbət daxili sənəddən gedir və orada alyansın bəzi ölkələrinin bazalara çıxış, hava uçuşları və hərbi dəstəklə bağlı yardım göstərməməsindən narazılıq ifadə olunub.

Müzakirə edilən variantlar arasında NATO-nun vacib postlarında “problemli” ölkələrin iştirakının məhdudlaşdırılması və alyans daxilində bəzi siyasi məsələlərin yenidən nəzərdən keçirilməsi var. Bununla belə, sənəddə ABŞ-nin Avropadakı bazalarının bağlanmasından bəhs olunmur.

Mənbənin sözlərinə görə, bu təşəbbüslərin məqsədi müttəfiqlərə təzyiqi artırmaq və NATO daxilində gərginliyi azaltmaqdır.

Daha əvvəl bildirilmişdi ki, İspaniya ABŞ-yə iki hərbi bazadan istifadə etməyə icazə verməyib. Bu addım diplomatik fikir ayrılığı yaradıb, lakin Avropa Komissiyasının bir sıra nümayəndələri tərəfindən dəstəklənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   NATO  


Bizi "telegram"da izləyin