Ayətullah Xameneyi düşmənlərin İrana qarşı informasiya kampaniyası apardığını bəyan edib

2026/04/1775899297.jpg
Oxunub: 332     09:17     24 Aprel 2026    
İranın ali rəhbəri ayətullah Müctəba Xameneyi düşmənlərin İrana qarşı informasiya kampaniyası apardığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Ali rəhbər qeyd edib ki, “həmvətənlər arasında yaranmış fövqəladə birlik nəticəsində düşmən sıralarında çatlar əmələ gəlib”.

“Əgər biz bu nemətə əməli şəkildə minnətdar olsaq, birlik daha da möhkəmlənəcək və güclənəcək, düşmənlər isə daha da alçaldılmış və aciz vəziyyətə düşəcəklər.

Düşmənin insanların şüurunu və psixoloji durumunu hədəf alan informasiya-media əməliyyatları birliyi və milli təhlükəsizliyi sarsıtmaq məqsədi daşıyır. Səhlənkarlığımız üzündən həmin bədniyyətli planın gerçəkləşməsinə yol vermək olmaz”, - deyə Müctəba Xameneyinin sözlərini media qurumu sitat gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xameneyi   İran  


Bizi "telegram"da izləyin