Ordu.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
O deyib: “Enerji daşıyıcılarının qiymətlərinin artması, enerji çatışmazlığı, gübrə tədarükünə təsir göstərdiyi üçün ərzaq təhlükəsizliyinin pozulması çox ciddi nəticələr yaradır”.
O qeyd edib ki, hətta müharibə sabah bitsə belə, yenə də təxminən 32 milyon insan yoxsulluğa məhkum olacaq.
“Çətinlik ondadır ki, ərzaq sistemlərində, məsələn, əkin vaxtını dəyişmək mümkün deyil. İndi əkin mövsümüdür, yaz fəslidir. Əgər indi əkin aparırsınızsa, amma gübrəyə çıxışınız yoxdursa, deməli sentyabrda, oktyabrda və noyabrda məhsuldarlıq daha aşağı olacaq. Bu problemi həll etmək mümkün deyil. Buna görə də bilirik ki, bir neçə aydan sonra ərzaq təhlükəsizliyi böhranı pik həddə çatacaq və bununla bağlı az iş görmək mümkün olacaq”, - deyə BMT nümayəndəsi vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az