Küveyt hava məkanını yenidən açır

2025/02/1739719415.jpg
Oxunub: 328     07:54     24 Aprel 2026    
Küveyt ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri ilk dəfə hava məkanını açıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "KUNA" agentliyi xəbər verib.

"Küveyt Beynəlxalq Hava Limanının hava məkanı, bölgədəki vəziyyətlə əlaqədar olaraq 28 fevraldan bəri hava nəqliyyatının müvəqqəti olaraq dayandırılmasından sonra cümə axşamı günü yenidən açılıb", - deyə Mülki Aviasiya Administrasiyasının baş direktoru Hamud Mübarək bildirib.

Onun sözlərinə görə, bu addım "aeroportun qarşıdakı dövrdə tam fəaliyyət göstərməsinə hazırlıq məqsədilə hava nəqliyyatının tədricən bərpası üçün yaxşı düşünülmüş mərhələli planın bir hissəsidir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   Hava-məkanı  


Bizi "telegram"da izləyin