Ordu.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, nümayəndə heyəti beş nəfərdən ibarət olacaq. Səfər mayın 1-də başlayacaq, Şanxay və Pekinə səfərləri əhatə edəcək.
Səfərin ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan gedişi ərəfəsində baş tutması planlaşdırılır. Onun 14-15 may tarixlərində Pekinə getməsi və orada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparması gözlənilir.
Ordu.az