Ordu.az-;n məlumatına görə, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Tramp bildirib ki, Böyük Britaniya vergisi "Apple", "Google" və "Meta" da daxil olmaqla, ABŞ-ın böyük texnologiya şirkətlərinin maraqlarına təsir göstərir.
"Əgər onlar bu vergini ləğv etməsələr, çox güman ki, Böyük Britaniyaya böyük tariflər tətbiq edəcəyik", - deyə ABŞ Prezidenti bildirib.
Böyük Britaniya 2020-ci ildə rəqəmsal xidmətlərə 2% vergi tətbiq edib və bu tədbir əvvəllər Vaşinqtonun tənqidinə səbəb olub.
Ordu.az