ABŞ İranla müharibədə mindən çox “Tomahawk” raketindən istifadə edib

2026/04/1775547044.jpg
Oxunub: 410     04:12     24 Aprel 2026    
ABŞ İranla müharibə zamanı mindən çox uzaqmənzilli “Tomahawk” raketi, həmçinin THAAD və “Patriot” sistemləri də daxil olmaqla 1500–2000 arası hava hücumundan müdafiə üçün nəzərdə tutulan raket sərf edib.

Ordu.az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, tükənmiş ehtiyatların tam şəkildə bərpası altı ilə qədər vaxt apara bilər. Bu vəziyyət ABŞ administrasiyasında gələcək böhranlara hazırlıq və əməliyyat planlarının yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələrə səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Tomahawk  


Bizi "telegram"da izləyin