Ordu.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
O, Oval kabinetdə baş tutmuş görüşdən danışıb. Həmin görüşdə İsrail və Livanın yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
“ABŞ prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, İsraildə səfir Mayk Hakabi və Livanda səfir Mişel İsa bu gün Oval kabinetdə İsrail və Livanın yüksək vəzifəli nümayəndələri ilə görüşüblər.
Görüş çox yaxşı keçdi. ABŞ Livanla əməkdaşlıq etmək niyyətindədir ki, ona “Hizbullah”dan qorunmağa kömək etsin. İsrail və Livan arasında atəşkəs rejimi ÜÇ HƏFTƏ uzadılacaq.
Yaxın gələcəkdə İsrailin baş naziri Bibi Netanyahu və Livan prezidenti Cozef Aunu qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu tarixi görüşün iştirakçısı olmaq mənim üçün böyük şərəf idi”, - deyə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
Sevinc Əliyeva
Ordu.az