İsrail və Livan arasında səfirlər səviyyəsində danışıqların növbəti mərhələsi Ağ Evdə keçiriləcək

2026/04/1776182630.jpg
Oxunub: 555     00:07     24 Aprel 2026    
İsrail və Livan arasında səfirlər səviyyəsində danışıqların növbəti mərhələsi indi Ağ Evdə keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Amerikalı rəsmi və Ağ Evin nümayəndəsinin sözlərinə görə, Donald Tramp gəldikdən sonra hər iki nümayəndəni qarşılayacaq.

Müzakirələrə dövlət katibi Marko Rubio da qoşulacaq. Görüşün ilkin olaraq Dövlət Departamentində keçirilməsi planlaşdırılmışdı.

Danışıqlar ötən çərşənbə axşamı İsrailin səfiri Yexiel Leyter ilə Livanın səfiri Nada Hamade arasında keçirilən tarixi görüşdən sonra başlayıb. Görüşdə Rubio da iştirak edib. Bunlar son onilliklər ərzində iki ölkə arasında ilk birbaşa danışıqlar idi və nəticədə 10 günlük kövrək atəşkəs barədə razılıq əldə olunub.

Dövlət Departamentinin nümayəndəsi çərşənbə axşamı bildirib ki, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi danışıqlarda iştirak etmək üçün Vaşinqtona qayıdır. ABŞ nümayəndə heyətində Dövlət Departamenti Şurasının üzvü Maykl Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İsa da olacaq.

Danışıqlar ərəfəsində bildirilirdi ki, çərşənbə günü Livanın cənubuna endirilən İsrail zərbələri nəticəsində livanlı jurnalist Amal Xəlil həlak olub, onu müşayiət edən digər jurnalist isə yaralanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin