ABŞ-nin USS “George H.W. Bush” aviadaşıyıcısı Yaxın Şərqə çatıb

2026/04/1776974319.jpg
Oxunub: 437     23:47     23 Aprel 2026    
ABŞ-nin USS “George H.W. Bush” aviadaşıyıcısı Yaxın Şərqə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi amerikalı hərbçilərə istinadən məlumat yayıb.

Bununla da bölgədə fəaliyyət göstərən iri ABŞ hərbi gəmilərinin sayı üçə çatıb.

“USS “George H.W. Bush” aviadaşıyıcısı aprelin 23-də Hind okeanında, ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olub”, - deyə Yaxın Şərq üzrə məsul hərbi komandanlıq “X” sosial şəbəkəsində bildirib. Paylaşıma döyüş təyyarələri ilə dolu göyərtəsi görünən aviadaşıyıcının fotosu əlavə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin