Türkiyədə daha bir məktəbə silahlı hücum planı aşkarlanıb

2026/04/1776483895.jpg
Oxunub: 422     03:10     18 Aprel 2026    
Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda orta məktəblərdən birinə hücum hazırladığı iddia edilən səkkiz şübhəlidən ibarət qruplaşmanın üzvləri jandarm əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, məhkəmə onlardan ikisi barədə ev dustaqlığı qərarı çıxarıb.

Torbalı rayonundakı liseydə oxuyan bir qrup şagirdin öz aralarında yaratdıqları vatsap qrupu vasitəsilə hücum planlaşdırdığı müəyyən edilib. "12/A Avionics" adlı 20 nəfərlik vatsap qrupunda ünsiyyət quran şagirdlərin Şanlıurfa və Kahramanmaraşda baş verən son məktəb hücumlarına bənzər hücumu ətraflı müzakirə etdikləri müəyyən olunub.

Jandarma əməkdaşları tərəfindən təhdid mesajlarının aşkarlanmasından sonra genişmiqyaslı araşdırma başlanıb. Əldə edilən məlumatlar əsasında hərəkətə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edilmiş ünvanlarda eyni vaxtda reydlər keçirib. Əməliyyat zamanı T.Y. (17 yaş), A.K. (17), A.E.Ö. (17), E.K. (17), R.D. (18), F.G. (17), Ç.S. (17) ve A.Ç. saxlanılıb.

Şübhəlilərin evlərində və rəqəmsal materiallarda axtarışlar aparıldıqdan sonra sübutlar götürülüb.

Onların üçü ifadələri alınmaqla, daha iki nəfər məhkəmə nəzarəti altında sərbəst buraxılıblar. Daha bir şübhəli ilə bağlı hansı hüquqi ölçünün götürüldüyü açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Silahlı-hücum  


Bizi "telegram"da izləyin