Rusiya və Hindistan bir-birinin ərazisində 3000-ə qədər hərbçi yerləşdirə biləcək

2026/04/1776452777.jpg
Oxunub: 803     23:00     17 Aprel 2026    
Rusiya və Hindistan arasında bir-birinin ərazisinə hərbi personal, eləcə də gəmilər və hərbi təyyarələr göndərilməsi qaydasına dair hökumətlərarası saziş rəsmi hüquqi informasiya portalında dərc olunub.

Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Həmin saziş çərçivəsində, tərəflər başqa cür razılaşmadığı təqdirdə, qəbul edən ölkənin ərazisində və hava məkanında eyni vaxtda göndərən ölkənin 5-dən çox hərbi gəmisi, 10-dan çox hərbi təyyarəsi və hərbi birləşmələrinin 3000 nəfərlik şəxsi heyəti yerləşdirilə bilməz.

Saziş yalnız qoşunların və texnikanın yerləşdirilməsini deyil, həmçinin onların maddi təminatını da tənzimləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hindistan  


Bizi "telegram"da izləyin