Ordu.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Bir əlimizdə silah var, digər əlimiz sülh üçün uzanıb”, - deyə Netanyahu bildirib və aydınlaşdırıb ki, Trampın xahişi ilə İsrail “Livan hökuməti ilə birlikdə diplomatik və hərbi həlli irəli aparmaq üçün imkan yaradır”.
Netanyahu eyham vurub ki, “Hizbullah”a qarşı hərbi kampaniya hələ başa çatmaqdan çox uzaqdır.
“Biz işi hələ başa çatdırmamışıq”, - deyə o əlavə edib və qalan raket və pilotsuz uçuş aparatı təhdidlərinə qarşı gələcək əməliyyatların planlaşdırıldığını xəbərdar edib.
Netanyahu əlavə edib ki, “Hizbullah”ın zərərsizləşdirilməsi daimi səylər, səbir və diplomatik sahədə diqqətli iş tələb edəcək.
Sevinc Əliyeva
Ordu.az