Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Əkrəminiya qeyd edib ki, “mövcud atəşkəs faktiki olaraq müharibə şəraitindən fərqlənmir”.
Televiziya proqramında çıxış edən Əkrəminiya deyib: “Bizim üçün mövcud atəşkəs müharibə şəraitindən çox da fərqlənmir; buna görə də əvvəlki illərdə olduğu kimi şəhərlərdə parad keçirmək mümkün deyil”.
İran İslam Respublikasının təqvimində Ordu Günü kimi qeyd olunan 1 aprel paradı 1979-cu ildən keçirilirdi və hətta İran-İraq müharibəsi dövründə də Tehranda və bir sıra digər şəhərlərdə davam etmişdi. Parad ilk dəfə 2020-ci ildə COVID-19 pandemiyası səbəbilə ləğv olunmuşdu, növbəti ildə isə sağlamlıq məhdudiyyətlərinə görə yalnız motorlu tədbir şəklində keçirilmişdi.
Əkrəminiya bildirib ki, bu il parad əvəzinə şəhərlərdə və kazarmalarda mədəni proqramlar təşkil olunacaq. O əlavə edib ki, ordu komandanları və şəxsi heyət də cümə namazında iştirak edəcək və xütbədən əvvəl çıxışlar edəcək.
Qırx günlük müharibə başlayandan bəri İranda bir neçə dövlət mərasimi ləğv olunub. Ən diqqətçəkəni isə müharibənin ilk günündə öldürülən keçmiş lider Əli Xameneyinin dəfn və torpağa tapşırılması mərasiminin, təxminən əlli gün keçməsinə baxmayaraq, hələ də baş tutmamasıdır.
Sevinc Əliyeva
Ordu.az