Ordu.az xəbər verir ki, müvafiq icra sərəncamını ABŞ-nin prezidenti Donald Tramp imzalayıb.
“Rusiya Federasiyası hökumətinin siyasəti və hərəkətləri ABŞ-nin beynəlxalq münasibətlərinin pozulması və ya pozulması təhlükəsi səbəbindən milli miqyaslı fövqəladə vəziyyət olaraq qalmaqda davam edir. Rusiya ilə əlaqəli istənilən gəminin ABŞ limanlarına giriş qadağası ABŞ-nin xarici siyasətinə uyğun olaraq qalır”, - deyə icra sərəncamında bildirilir.
Sevinc Əliyeva
Ordu.az